Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyadakı səfir Qurgen Arsenyan arasında münasibətlər gərgindir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yazıb.
Nəşr bildirir ki, səfirin namizədliyi parlamentin hazırkı sədri Alen Simonyanyan tərəfindən irəli sürülüb. Ona görə Mirzoyan səfirə qarşı əvvəldən soyuq münasibət göstərib.
Bundan başqa, Arsenyan deputat kimi dəfələrlə XİN-in ünvanına xoşagəlməz fikirlər səsləndirib, Mirzoyanı sərt tənqid edib.