Mirzoyandan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI: "Yaxın zamanda..."

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan nümayəndələrinin gözlənilən görüşünə eyham vurub.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Nazir martın 12-də keçirdiyi mətbuat konfransında sülh müqaviləsinin müddəalarının razılaşdırılması və beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib ki, müqavilənin mətni çərçivəsində bu və bir sıra digər məsələlər müzakirə olunur.

Qeyd edib ki, əgər razılaşma olacaqsa, sənəd imzalandıqdan və qüvvəyə mindikdən sonra tətbiq ediləcək. Onun sözlərinə görə, şərti sərhəddə üçüncü qüvvələrin mövcudluğunun istisna edilməsi, məhkəmə iddialarının geri götürülməsi müzakirə olunur və sənəd imzalanacağı təqdirdə digərləri kimi bu məqamlar da məcburi icraya tabedir.

Mirzoyan bildirib ki, yaxın gələcəkdə tərəflər sənədin imzalanması və ratifikasiyası ilə bağlı yanaşmaları və bütün məsələləri müzakirə etmək imkanı əldə edəcəklər. Bununla belə, nazir görüşün hansı səviyyədə planlaşdırıldığını açıqlamayıb.

“Yanaşmalar Ermənistan Respublikasının qarşısında duran çağırışlara və sülh gündəliyinə, Azərbaycanla sülh bərqərar etməyə hazır olduğumuza və Ermənistan Respublikasının maraqlarına uyğundur”, - deyə XİN rəhbəri əminliklə bildirib.

Musavat.com

12.03.2025 17:31
939