“Rusiya 2020-ci ildə Qarabağda atəşkəs rejiminin yaradılmasında konstruktiv rol oynayıb və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ilk danışıqların təşəbbüskarı olub”.
Musavat.com xəbər verir ki, bunu “İrəvan dialoqu” beynəlxalq forumu zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistanı oturtmağa müvəffəq olub.
“Bu, ABŞ, Avropa İttifaqı, digər tərəfdaşlar və ölkələr tərəfindən davam etdirilən roldur. Biz Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə minnətdarıq. Lakin hər bir ölkənin öz mənafeləri var və bu maraqlar heç də həmişə Ermənistan Respublikasının maraqları ilə üst-üstə düşmür”, - deyə Ararat Mirzoyan bildirib.
Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovu da bu forumda görmək istədiyini deyib.
Musavat.com