Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin xarici ölkələrdə fəaliyyət göstərən səfirləri ilə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.
Səfər zamanı erməni diplomatlar iki ölkə arasında sərhədin delimitasiyası prosesinin nəticələri ilə tanış olublar.
Qeyd edək ki, avqustun 26-28-də Dilicanda Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkə Prezidenti Vaaqn Xaçaturyan, eləcə də digər rəsmi şəxslər və xarici ölkələrdə akkreditə olunmuş erməni səfirlərlə qapalı iclas keçirilib.