“Hazırda Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsi prosesi gedir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprin xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması və Avropa Sülh Aləti çərçivəsində Ermənistana dəstək verilməsi qərarı daha sıx əməkdaşlığın, daha geniş mənzərənin yalnız iki nümunəsidir. Hazırda biz Aİ ilə münasibətlərimizi əhəmiyyətli dərəcədə dərinləşdirmək prosesindən keçirik, bizim yeni tərəfdaşlıq gündəliyimiz var. İstifadə oluna biləcək yeni mexanizmlər və alətlər üzərində düşünür və çalışırıq”, - deyə erməni nazir söyləyib.
Mirzoyanın sözlərinə görə, Ermənistan təkcə Aİ ilə deyil, ABŞ-la da hərbi sahədə birgə proqram üzərində işləyir.
Musavat.com