Əminəm, inanıram və bilirəm ki, terrorist Norayr Mirzoyan cəzasız qalmayacaq...
Xatırlayırsınızsa, ötən ilin noyabr ayının əvvəlində erməni bloger, Ermənistanda müxtəlif dövlətyönlü ictimai təşkilatların rəhbəri Gevorq
Sujyan öz adamları ilə birgə Kəlbəcərdə, İstisuda istirahət etdiyi barədə video çəkmişdi. Həmin videoda o, tezliklə Bakıya çatıb, Xəzərin sularında üzəcəyini bildirirdi və Azərbaycana qarşı təhqiramiz ifadələr işlədirdi.
Və bu videonu da sosial şəbəkələrdə paylaşmışdı.
Gevorq Sujyanın İstisuda poz verib, Azərbaycanı təhqir etdiyi, sonradan sildiyi yayımın foto - kopyası.
Gevorq qəfildən yoxa çıxdı...
Bir müddət sonra bəlli oldu ki, doğrudan da, Bakıya "çatıb".
Amma Xəzərə yox, DTX-nın türməsinə düşüb...
Az sonra "Karabak Azirbayjan", deyə, üzrxahlıq videosu yayıldı.
O biri videonu da sildi...
...Azərbaycanın xüsusi xidməti bu işi də boşda buraxmayacaq!