Rusiya Xarici İşlər Nazirliyi Ararat Mirzoyanın Moskvaya gözlənilən səfərinin təfərrüatlarını açıqlayıb.
Musavat.com bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Ermənistan XİN rəhbərinin sabah Moskvada aparacağı danışıqların gündəliyinə Rusiya-Ermənistan münasibətləri, Aİİ və Avrasiya məkanındakı digər birliklər çərçivəsində əməkdaşlıq daxildir.
Bildirilir ki, əhəmiyyətli mövzulardan biri də “Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq üçün” Cənubi Qafqazdakı vəziyyətdir.
Musavat.com