Mirzoyan MDB iclasına getməyəcək, Paşinyan da Avrasiya İqtisadi İttifaqının tədbirinə getməyə bilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrindən olan həmkarları ilə görüşdə iştirak etməyəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə rəsmi məlumatı aprelin 10-da Ermənistan XİN yayıb.

Musavat.com radioya istinadən bildirir ki, məlumatda görüşdən imtinanın səbəbi göstərilmir.

MDB şurasının iclası aprelin 12-də Belarus paytaxtı Minskdə keçiriləcək.

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə SSRİ-nin çökməsindən dərhal sonra keçmiş sovet respublikaları tərəfindən təsis edilib.

Rusiya təcavüzü ilə üzləşən Gürcüstan və Ukrayna Moskvanın başçılığı altında olan birliyi artıq tərk ediblər.

Birlikdə iştirakını de facto dayandırmış Moldova isə bildirib ki, qurumu ilin sonlarınadək tamamilə tərk etməyi planlaşdırır.

Rusiyadan aralanmaq kursu uzun müddətdən bəri Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistan da 44 günlük müharibədə Rusiyadan dəstək görmədiyini bəyan edərək son aylarda MDB-dən aralanmaq kursu götürüb.

The Economist”: Ermənistan Qərbin gözündə Rusiyanın vassalı olaraq qalır

Ermənistan hökuməti habelə Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini fəaliyyətsizlikdə, Azərbaycanın bu bölgə üzərində nəzarətini bərpa etməsinə imkan verməkdə və erməni əhalinin Qarabağdan kütləvi axınının qarşısını almamaqda ittiham edir.

Mirzoyanın MDB nazirlərinin Minsk görüşünə getməmək qərarı baş nazir Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşündən az sonraya təsadüf edir.

Üçtərəfli danışıqlarda Ermənistanın bir dövlət kimi dayanıqlığının artırılması və onun iqtisadiyyatının şaxələndirilməsi kimi məsələlər müzakirə olunub.

Paşinyan Brüsselə getdi - Üçtərəfli görüş üçün... - Turkustan.az

Rusiya Brüssel görüşünü sərt tənqid edib və bildirib ki, Qərb bu hərəkətləri ilə Moskvanı Cənubi Qafqaz regionundan uzaqlaşdırmağa çalışır.

Paşinyan Moskvaya gedib-getməməyi hələ ki götür qoy edir.

Rusiyanın TASS dövlət xəbər agentliyi Minsk görüşündə Mirzoyanın müavinin iştirak edəcəyini bildirsə də, bu xəbər rəsmi İrəvan tərəfindən hələlik təsdiq edilməyib.

Azatutyun xatırladır ki, Ermənistan MDB-nin ötən həftə keçirilən tədbirində də “iştirakının səviyyəsini” endirib.

İrəvan MDB baş qərargah rəislərinin Moskvada keçirilən iclasına sülhməramlı briqadasının komandanını göndərib.

Belə görünür ki, Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqının mayın 8-də Moskvada keçiriləcək iclasında baş nazir Nikol Paşinyanın da iştirakı hələlik sual altındadır.

Baş nazir bu məsələnin “hələ ki parlamentdə müzakirə olunduğunu” deyib.

Azatutyun xatırladır ki, bu il Aİİ özünün 10 illik yubileyini qeyd edir.

Ötən yanvar ayında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkın demişdi ki, Moksva Paşinyanın yubiley sammitinə qatılacağını gözləyir.

Kommunikasiyaların açılması Rusiya üçün də vacibdir” - Səfir

Səfir bunu da xatırladıb ki, Ermənistan bu il üçün Aİİ-nin prezidentliyi vəzifəsini qəbul edib.

Artıq bir xeyli müddətdir ki, Paşinyan və başqa vəzifəli Ermənistan rəsmiləri Moksvanın rəhbərlik etdiyi qurumların tədbirlərinə qatılmırlar.

Azərbaycan və Ermənistan arasında II Qarabağ Müharibəsindən sonra İrəvanın Moskva və onun başçılıq etdiyi təşkilatlarla münasibətləri gərginləşib.

İrəvan Moskvanı həm dövlətlərarası müqavilə, həm də KTMT müstəvisində Ermənistanın qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

Bu gərginlik xüsusilə də 2022-ci ilin sentyabrından sonra artıb. Həmin vaxt Ermənistan Rusiyanı yenidən öhdəliklərinə əməl etməməkdə günahlandırırdı.

Ermənistan KTMT-yə alternativ axtarır

Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yüksək vəzifəli rəsmiləri KTMT və MDB-nin bir çox tədbirlərində iştirakdan boyun qaçırırlar.

Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.

Bütün bunlara baxmayaraq Paşinyan 2023-cü ilin 25 dekabrında Aİİ-nin sammitində iştirak etmək üçün Sankt Peterburqa getmişdi.

QEYD: Yazının sərlövhəsindəki foto "Azadlıq" radiosuna məxsusdur.

10.04.2024 20:27
785