Mirzoyan Kobaxidze ilə nələrdən DANIŞDI...

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Hökumət ofisində keçirilən görüşdə tərəflər strateji tərəfdaşlıq, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, eləcə də turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Kobaxidze bildirib ki, Gürcüstan regionda sabit və təhlükəsiz mühitin qorunmasında mühüm rol oynamağa davam edəcək.

Musavat.com

03.07.2024 17:25
540