“Mirror” nəşrindən Azərbaycana hədyanlar

Amerikalı politoloq Maykl Rubinin yalanlarına Bakıdan reaksiya: “Reallıqları dəyərləndirməyi bacarmayan və siyasi səriştəsi olmayan zavallı...”

Amerikalı politoloq Maykl Rubin “Mirror Spectator” (“Güzgü Tamaşaçısı”) nəşrinə yazdığı məqalədə Azərbaycan haqda qərəzli və yalan iddialarla çıxış edib. Britaniyanın milli gündəlik tabloid qəzeti “Mirror”un əsası 1903-cü ildə qoyulub. Bazar günləri “Sunday Mirror” adı ilə nəşr olunur. 

Maykl Rubin məqalədə yazıb ki, “Azərbaycan Prezidenti İlham Əliyev ərazisi Dağlıq Qarabağdan üç dəfə böyük olan Fransanın dəniz kənarında yerləşən Yeni Kaledoniyadakı separatçı etirazlara  dəstəyini ikiqat artırıb. Qaz gəlirləri bu ərazidəki iğtişaşları maliyyələşdirmək üçün yönəldilir”. 

Politoloq “Azərbaycan rəsmilərinin və mediasının Ermənistanı "Qərbi Azərbaycan" adlandırdığını və bütün ərazilərin tarixən onlara məxsus olduğunu" bildirir: “Məhz buna görədir ki, Fransanın Ermənistana hərbi dəstəyi bu gün çox vacibdir və açığını desək, ABŞ və digər ölkələr ondan nümunə götürməlidir”.

Maykl Rubin həyasızcasına işarə vurur ki, Fransa Azərbaycanda hakimiyyəti dəyişmək istəsə, “Parisin çoxlu tərəfdaşları olacaq”. O, Böyük Britaniyanın və “British Petroleum”un Azərbaycanla illərdir iqtisadi tərəfdaşlığına da qısqanc münasibətini gizlətməyib.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov dedi ki, Azərbaycanın ünvanına növbəti qarayaxmalarla çıxış etmiş amerikalı politoloqun köklərini bir qədər araşdırsan, oradan mütləq bu və ya digər formada erməni əlamətləri çıxacaq: “Yəni adamın ailəsində kiminsə erməni olması və ya onun ABŞ-dakı erməni lobbisi tərəfindən yemləndiyi bəlli olacaq. Belə "politoloqlar" ürək bulandırmağa cəhd etməkdən başqa heç nəyə gücü çatmayan əlacsızlardır. Onun Azərbaycanın ünvanına söylədikləri şər-böhtanları biz artıq çox eşitmişik, bu deyimlərdə yeni heç nə yoxdur. 

Fransanın Azərbaycana qarşı heç bir əsası olmayan basqılarına rəsmi Bakı susmalı deyildi ki? Adamın həyasızlığı o yerə çatır ki, ingilis hökumətini Azərbaycanla əməkdaşlıqda və yaxınlıq etməkdə ittiham edir. Politoloq olan kəs bu yaxınlığın köklərini anlamalı və bu böyüklükdə absurd yanlışa yol verməməli idi. Kiminlə dostluq, kiminlə düşmənçilik etmək Azərbaycan hökumətinin seçimidir. Biz bu məsələdə çox doğru bir yoldayıq. Azərbaycan Prezidenti nə etdiyini çox yaxşı bilir. Onun sərgilədiyi uğurlu xarici siyasət Qarabağ uğurumuzun kökündə dayandı. Bu qəbildən olan ermənipərəstlər isə bu uğurları həzm edə bilmirlər. Azərbaycan xalqında Fransa prezidenti Emmanuel Makrona ölkəmizə ədalətsiz münasibətinə görə böyük bir nifrət formalaşıb. Fransanın tarixdə sərgilədiyi siyasi əxlaqsızlıqlar bütün dünyaya məlumdur. Azərbaycan xalqı mənəvi dəyərləri tam deqradasiyaya uğramış fransızlara qibtə etmir. Demokratiyanı eynicinslilərin evliliyi kimi anlayan bir millətin millətlər içərisində yeri olmamalıdır. Zamanla belə də olacaq. Ulu Tanrının insanlıq üçün müəyyən etdiyi həyat fəlsəfəsini çeynəyən “mavilərin” yolu uçurumadır.  ABŞ-dan olan politoloqa isə reallıqları dəyərləndirməyi bacarmayan və siyasi səriştəsi olmayan bir zavallı kimi baxmaq lazımdır. Onun dediklərinə əhəmiyyət verməyək - it hürər karvan keçər..."

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev 

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev zamanla  bəzi dövlətlərin əsl simalarının üzə çıxdığını hesab edir: “Azərbaycanın keçirdiyi antiterror əməliyyatına qədər üzdə guya tərəfsiz kimi özünü göstərən bir sıra dövlətlər əməliyyatdan sonra açıq şəkildə üzərimizə gəlməyə başladılar. Əllərində olan bütün imkanlardan istifadə etməklə hər tərəfdən Azərbaycan əleyhinə işlər görürlər. Bu işlərin başında Fransa gəlir. İlk etapda Ermənistanı silahlandırmağa start verməklə Hindistanın timsalında digər ölkələri də bu istiqamətdə fəaliyyət göstərməyə sövq etdi. Yəni bununla regionda tezliklə sülh müqaviləsinin bağlanması yolunda əngəllər yaratmağa başladı. Bu işləri görən dövlətin Azərbaycanı nələrdəsə ittiham etməsi ən azından ayıbdır. Müstəmləkəsində saxladığı ərazilərdə mərkəzdən qaçma meyllərinin artmasında ilk növbədə apardığı siyasəti günahladırmadır. Azərbaycan minlərlə kilometr uzaqlıqda Fransa tabeliyində olan adalarda etirazlar yaradırsa, rəsmi Paris ilk növbədə indiyədək apardığı siyasətin iflasa uğradığını etiraf etməlidir. Azərbaycanı bunda ittiham etməməlidir. Afrikadakı təsir imkanlarının yox olmasını da Azərbaycan etmişdi? Son illər Azərbaycana edilən haqsız basqıların bir nəticə vermədiyini və müqavimətin kifayət qədər güclü olduğunu görən həmin ada dövlətləri Azərbaycanı nümunə kimi özlərinə örnək də götürə bilərlər, hətta rəsmi əlaqələr də qura bilərlər, Azərbaycana gələ də bilərlər. Burada beynəlxalq hüququn pozulmasından söhbət gedə bilməz. Əksinə, hazırda beynəlxalq hüquq xalqların aşağılanmasını, assimilyasiyaya məruz qalmasını qəbul etmir. Fransadan min kilometrlərlə uzaqlarda okeanın ortasında mövcud olan xalqları, əraziləri koloniya halında saxlamaq bir gün etirazlara gətirib çıxarmalı idi. Azərbaycanın ortasında süni yaradılmış separatçı rejimi etirazlara baxmadan illərlə dəstəkləmək, onlara yardım etmək qınanılmalıdır. Yeni Koledoniyada, digər yerlərdə insanlar fransızları öldürməyiblər, əlavə torpaqlar işğal etməyiblər. Onların istəyi yalnız mövcudluqlarını saxlamaq, ikinci, üçüncü növ insan olmamaqdır. Bunun üçün etirazlarını bildirirlər. Hesab edirəm ki, Fransa yüz illər boyu əlində saxladığı iqtisadi sərvətlərini taladığı ərazilərin əlindən çıxacağını artıq çoxdan anlayıb və bunun qarşısını almağa çalışır. O səbəbdən həmin hadisələrin apardığı müstəmləkəçi siyasətin nəticəsi olaraq yarandığını etiraf etmək istəmir və kənardan süni şəkildə yaradıldığını deyir. Bununla o, həm ölkə daxilində əleyhinə fikirləri neytrallaşdırmağa çalışır, həm də Azərbaycanın üzərinə gəlməklə, beynəlxalq müstəvidə özünə dəstəkçilər axtarmaqla Ermənistanın timsalında özünə yeni koloniya formalaşdırmaq istəyir. Yeni Koledoniya və digər müstəmləkə xalqlarından fərqli olaraq Ermənistan məmnuniyyətlə belə bir koloniyaya çevrilmək istəyir. Amma alınmır. Çünki Fransa regiona girə bilmir və ona imkan vermirlər. O səbəbdən hazırda müxtəlif istiqamətlərdə, müxtəlif insanlar vasitəsilə Azərbaycanı nüfuzdan salmağa hesablanmış işlər görülür, yazılar yazdırılır və s. Amma neçə ildir ki, bu kampaniyanın içində olanlar əhatələrini genişləndirib yeni müttəfiqlər tapa bilmirlər. Mən deyərdim ki, hətta bu əhatədə daralma gedir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

07.08.2024 09:53
1508