Rusiya Federasiyasının Dövlət Duması oktyabrın 22-də qeyri-qanuni miqrasiyaya qarşı son qanunları təsdiqləyib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, qanunsuz qərarlara görə cərimələr yüz dəfələrlə artırılıb. Rus dili imtahanlarında vasitəçilik ləğv edilib. İnternetdə müvafiq reklamların məhkəmədənkənar bloklanması tətbiq olunub.
Müzakirələr zamanı belə qənaətə gəlinib ki, parlament asayişi bərpa etmək üçün hökumətə və aidiyyatı idarələrə həm stimul, həm də alətlər verib. İndi icra hakimiyyətinin qanunları ciddi şəkildə tətbiq etməsi, öz təşəbbüslərini açıqlaması gözlənilir.
Dövlət Duması qeyri-qanuni miqrantlarla, onlara kömək edənlərlə və qeyri-qanuni sxemlərin təşkilatçıları ilə mübarizə üzrə qanunvericilik təşəbbüsləri paketinin ikinci hissəsini bir həftə əvvəl olduğu kimi yekdilliklə təsdiqləyib.
Bütün beş layihə çox yaxın vaxtlarda deputatlar tərəfindən təsdiqlənməlidir.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin təklif edib ki, qanun layihələrinin ikinci oxunuşu asanlıqla gələn həftə təşkil oluna bilər.
Musavat.com