2025-ci il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat müəyyən edilib.
Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda öz əksini tapıb. Habelə, Nazirlər Kabinetinə tapşırılıb ki, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir aya Prezidentə təqdim etsin.
Buna qədər ölkədə minimum əməkhaqqı 345, əmək pensiyasının minimum məbləği isə 280 manat idi.
Musavat.com