Mingəçevirdə 33 yaşlı qadın döyülərək müxtəlif bədən xəsarətləri alıb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Cəmil Əliyev küçəsi 12 ünvanında baş verib.
Şəxsi münasibətlər zəminində qardaşı tərəfindən döyülən 1991-ci il təvəllüdlü Mehri Ramiz qızı Hənifəyeva müxtəlif bədən xəsarətləri, o cümlədən kəllə-beyin travması alıb. Döyülən qadın xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan "Unikal"a verilən məlumata əsasən baş vermiş hadisə ilə bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanıb.