Mingəçevirdə kater sahilə çırpılıb: yaralılar var - YENİLƏNİB

Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır.

Baş Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

***

Mingəçevirdə kater sahilə çırpılıb.

Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, bu gün axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

25.07.2023 09:39
996