Mina partlayışında yaralanan Nağı İmanov xəstəxanaya aparılır

Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.

Hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.

Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N. İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.

Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.//APA

21.02.2025 20:37
684