Milyonluq malları yanan sahibkarlar: "Yanğının qəsdən törədilməsi ehtimalı... "

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında dəhşətli yanğın hadisəsi baş verib.

Hadisə zamanı bir neçə sahibkara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb, 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov ürək tutmasından vəfat edib.

TV Müsavat-ın əməkdaşları yanğın ərazisində olaraq, hadisənin təfərrüatlarını yaxından öyrənməyə çalışıb.

Hazırladığımız videoreportajı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

23.11.2023 18:49
2182