Milyonçu sevgilisindən ayrılmaq üçün nişan gününü seçdi

İtaliyanın məşhur milyonçu bankirlərindən olan Massimo Seqre nişanlısının onu aldatdığını iddia edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, 64 yaşlı milyonçunun Turin malikanəsində keçirilən möhtəşəm nişan məclisində xəyanət edilməsi ilə bağlı gözlənilməz açıqlaması hər kəsi heyrətə gətirib. Nişan mərasimində münasibətinin bitdiyini açıqlayan milyonçu, çıxışı sonrası xəyanətlə bağlı foto sübutları da hər kəslə paylaşıb.

Milyonçunun keçmiş nişanlısı Kristinanın vəkili isə Massimonun müvəkkilini qəsdən incitdiyini və onun nüfuzuna xələl gətirdiyini iddia edərək milyonçunu məhkəməyə verib.

Musavat.com

23.08.2023 15:06
1033