Milyarderin davakar oğlu - bütün Moskvanın danışdığı Musa kimdir?

İyulun 27-də milyarder Musa Bajayevin oğlu Timur Bajaevin Lujniki idman kompleksinin yaxınlığında polis polkovnikini vurması ilə bağlı yayılan görüntülər Rusiya mediasının əsas müzakirə mövzusuna çevrilib. Həmin gün Leonid Aqutinin konserti olub və  70 minə yaxın tamaşaçı iştirak edib.  Hadisə şahidlərinin sözlərinə görə, 23 yaşlı Timur, görünür, vaxta qənaət etmək üçün xidmət qapısından keçmək istəyib. Bu  isə polislərin xoşuna gəlməyib, onlar gəncə hamı kimi ümumi girişdən istifadə etməyi təklif ediblər.

Musavat.com Rusiyanın Moskva üzrə İstintaq Komitəsi rəsmi məlumatında əsasən xəbər verir ki, Timur  ictimai asayişi pozaraq polis əməkdaşı ilə münaqişəyə girib və bu zaman o, dövlət məmuruna qarşı zorakılıq tətbiq edib.  “Lujnikidə kütləvi tədbir hazırlandığından təhlükəsizlik rejimi gücləndirilib. Darvazanın o biri tərəfində olan polis polkovniki Maxonin  Timur Bajayevin VİP-dən yox, adi girişdən istifadə etməyi təklif edib.  O isə xəbərdarlığa baxmayaraq  hasarın üstündən çıxıb, polisin sifətinə zərbə vurub. Bu səbəbdən saxlanılıb”.

scale_1200 (2).jpg (104 KB)

Musa Bajayev oğlunun  həbsdən azad edilməsi üçün çalışmayacağını  bildirib. İş adamı vurğulayıb ki, əgər oğlunun günahı varsa  o zaman “ cavab verməli  olacaq. Onun sözlərini REN telekanalı sitat gətirib.

 Bu hadisədən sonra əsas diqqətlər Musa Bajevin kimliyinə yönəlib. 

Musa  Bajayev 11 may 1966-cı ildə Çeçenistanda anadan olub.  Musa 1991-ci ildə Qroznı Neft İnstitutunda kimya mühəndisi  fakültəsindən məzun olub, bundan sonra “karyera nərdivanlarını” sürətlə qalxmağa başlayıb,  tezliklə  “Lia Oil” şirkətlər qrupunu təsis edib.  

 

  • 1998-ci ildə Musa və qardaşı Ziya müxtəlif sənaye sahələrini, o cümlədən neft və tikinti sahələrini əhatə edən geniş fəaliyyət spektrinə malik “Alliance Group” ASC-ni təsis ediblər. Əvvəlcə şirkətə Ziya rəhbərlik edib. Ziya 2000-ci ildə jurnalist Artyom  Boroviklə birlikdə təyyarə qəzasında həlak olub. Qardaşının ölümündən sonra Musa bütün holdinqin idarəçiliyini öz üzərinə götürüb.

 

Musa Bajayevin rəhbərliyi ilə irimiqyaslı layihələr, o cümlədən Krımda yanacaqdoldurma məntəqələri şəbəkəsinin açılması və “Samsung”un investisiyalarının dəstəyi ilə Xabarovsk neft emalı zavodunun modernləşdirilməsi həyata keçirilib.  O, həmçinin “Rus Platinum” şirkətini təsis edib və əsas beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirib.

2000x1446_0xac120003_8182097521560942000.jpg (999 KB)

Musa Bajayev uzun müddətdir ki,  Luiza adlı qadınla evlidir.  Cütlüyün iki qızı  (Məryəm və Alina) və iki oğlu(Alim və Timur) var. 2016-cı ildə qızı Məryəm "Rosselxozbank"ın Çeçenistan regional filialının direktorunun oğlu Maqomed  Yerixanovla ailə həyatı qurub. 2017-ci ildə digər qızı Alina  “Dorchester Finance”in rəhbəri Əlixan Mamakayevin oğlu ilə  ailə həyatı qurub, iki nəvəsi var.  

Musa Bajayevin sərvəti, Forbes-in məlumatına görə, 750 milyon dollar qiymətləndirilir. Əsas kapitalı “Rus Platinum” (40%), “Alliance Altyn” (30%) müəssisələrində və  “Amur Gold” şirkətindədir.  Nəşrin məlumatına görə, Bajayevlər ailəsi Sardiniyadakı “Forte Village” kurortunun sahibidir.

Musavat.com

28.07.2024 12:32
2023