Milyarder ərindən boşanan Alsudan ilk açıqlama - FOTO

Rusiyanın estrada ulduzu Alsu yəhudi milyarder, iş adamı Yan Abramovdan rəsmi şəkildə boşanmasından sonra açıqlama yayıb.

Musavat.com olay-a istinadən bildirir ki, müğənni bununla bağlı sosial şəbəkə hesabında post yayımlayıb.

"Hər gün müxtəlif qərarlar qəbul edirik, bəzən onlar həyatımızı həmişəlik dəyişir. Bu gün yeni fəsil başlayır", - deyə Alsu vurğulayıb.

Qeyd edək ki, Alsu və Yan cütlüyünün 18 illik evlilikdən 2 qız və 1 oğlan övladı var.

28.08.2024 11:24
1761