Milyarder Brenson Baydeni prezidentlik yarışından çıxmağa çağırır

Britaniyalı milyarder Riçard Brenson Amerika lideri Co Baydeni qarşıdan gələn prezident seçkilərində namizədliyini geri götürməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, milyarder bu barədə fikrini sosial şəbəkə hesabında yazıb. "Onun eyni ruhda davam etmək istəyi problemlərdən diqqəti təhlükəli şəkildə yayındırıb ... İndi düzgün qərar qəbul etmək, Amerika və azad dünya naminə başqaına yol vermək hələ də gec deyil", - deyə iş adamı yazıb.

Özünü dünya vətəndaşı adlandıran Brenson qeyd edib ki, ABŞ-da baş verən hadisələr bütün dünyaya təsir etdiyi üçün bu işdə səssiz qala bilməz. İş adamı Baydenə ətrafındakı bütün tənqidlərə baxmayaraq, prezidentlik yarışında qalsa, irsinin necə görünəcəyini düşünməyi tövsiyə edib.

Daha əvvəl xəbərlər yayılıb ki, ABŞ Demokratik Partiyasının sponsorları Baydenin keçmiş prezidenti Donald Trampla debatda uğursuzluğundan sonra hazırkı Amerika liderini, hətta onun iradəsi olmasa da, namizədlər siyahısından çıxarmaq imkanını müzakirə edirlər.

Musavat.com

13.07.2024 12:02
657