Milton qasırğası dünən yerli vaxtla saat 20:30-da ABŞ-ın Florida ştatının Sarasota yaxınlığındakı Siesta Key adasına 3-cü Kateqoriya fırtına kimi daxil olub.
Musavat.com Lenta.ru-ya istinadən xəbər verir ki, indiyədək Florida ştatının Atlantik okeanı sahilindəki Sent-Lusi qraflığında 9 nəfərin öldüyü təsdiqlənib. Rəsmilər bir gündə 33 tornadonun baş verdiyini açıqlayıblar.
Təxminən 11 milyon insan daşqınlar və çayların daşması təhlükəsi ilə üzləşib. Rekord sayda tornadolar geniş dağıntılara səbəb olub.
Yerli vaxtla saat 07:00-a olan məlumata görə, Floridada 3,3 milyondan çox elektrik abunəçisi işıqsız qalıb. ABŞ prezidenti Co Bayden 1000-dən çox Sahil Mühafizəsi əməkdaşı da daxil olmaqla, minlərlə federal işçinin fırtınanın vurduğu ərazilərə əvvəlcədən yerləşdirdiyini söylədi.
Floridanın üçüncü ən böyük şəhəri olan Tampada minlərlə ağacı külək dibindən qoparıb, yarım milyon insanın elektriksiz qalıb. Səlahiyyətlilər, rabitənin həftələrlə kəsilə biləcəyi barədə xəbərdarlıq ediblər və həm əyalət, həm də federal resurslar bərpaya kömək etmək üçün artıq bölgəyə göndərilir. ABŞ Geoloji Xidməti Miltonun Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə biləcəyini proqnozlaşdırır.
Musavat.com