Miloş Zeman əməliyyat olunub

Çexiyanın sabiq prezidenti Miloş Zeman paytaxt Praqanın “Motol” xəstəxanasında ayağından əməliyyat olunub.

“Report” xəbər verir ki, bu barədə Çexiya İnformasiya Agentliyi (ČTK) agentliyi bildirib.

“O, [Zeman] qan laxtalanması nəticəsində aşağı ətrafa qan dövranının qəfil dayanması ilə bağlı ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib və bu səbəbdən əməliyyat olunub”, – xəstəxananın mətbuat katibi Pavlina Dankova söyləyib.

Qeyd edək ki, bu il siyasətçinin 80 yaşı olacaq. O, diabet və digər xronik xəstəliklərdən əziyyət çəkir, əlil arabasında hərəkət edir.

15.03.2024 03:04
464