Milli Qvardiya hərbçilərinin şəhərə yerləşdirilməsindən 2 həftədən az keçsə də, Vaşinqton cinayətdən təmizlənib.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşıb: “Vaşinqton cinayətdən azad zonadır, cəmi 12 günə”.
Qeyd edəki ki, avqustun 11-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp qeyd edib ki, “Vaşinqtonda cinayət nəzarətdən çıxıb” və buna görə də Amerika lideri asayişi təmin etmək üçün Milli Qvardiyanın döyüşçülərinin paytaxta yerləşdirilməsinə qərar verib. Dövlət başçısı həmçinin şəhər polisini federal hökumətin nəzarətinə verib. Avqustun 22-də Ağ Evin rəhbəri Çikaqo və Nyu York da daxil olmaqla, digər meqapolislərdə cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün federal hökumət resurslarından, o cümlədən nizami ordudan istifadə etməyə hazır olduğunu bəyan edib.
Musavat.com