Milli Məclisin XÜSUSİ toplantısı çağırıldı - ÖNƏMLİ QƏRARLAR VERİLƏCƏK

Oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçiriləcək.

Musavat.com-a bu barədə adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib.

Xatırladaq ki, Milli Məclisin plenar iclasları adətən, həftənin ikinci və beşinci günləri keçirilir. Bu mənada istisna hal kimi belə bir qərarın verilməsi səbəbsiz görünmür. Məlumatlı mənbəmiz də sözügedən iclasda hansısa mühüm və tarixi qərarların qəbul edilə biləcəyini vurğulayıb.

Musavat.com

09.10.2023 13:33
12847