Oktyabrın 12-sində Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il 12 oktyabr tarixli xüsusi iclası keçiriləcək.
Milli Məclisdən Musavat.com-a verilən məlumata görə, iclasın gündəliyinə bir məsələ təklif olunub.
İclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul ediləcək.
Qeyd edək ki, ilk dəfə Musavat.com Milli Məclisin xüsusi iclasının keçiriləcəyini xəbər vermişdi.
Musavat.com