Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova giriş nitqində Türkiyəyə səfəri və keçirdiyi görüşlər barədə deputatları məlumatlandırıb.

Cari məsələlərlə bağlı danışan komitə sədri Siyavuş Novruzov Milli Məclis sədrini ilk səfərini məhz Türkiyəyə etməsi münasibətilə təbrik edib.

S.Novruzov ölkə Prezidentinin son müsahibəsi ilə bağlı danışıb. Bildirib ki, Azərbaycan sabitlik adasıdır.

Deputat XİN təmsilçilərinin iclasda iştirak etməsindən istifadə edərək deyib ki, ölkəmizdəki bəzi səfirlərə tutarlı cavab verilir və bu reaksiyaların davamı gəlməlidir.

“Fransa səfiri özünü Fransa səfiri kimi yox, Hüqonun təbirincə desək, səfili kimi aparmağa başlayıb”, - deyə Siyavuş Novruzov əlavə edib.

Spiker Sahibə Qafarova reaksiyasında bunları bildirib:

“Düz deyirsiniz, Siyavuş müəllim. Nazirlik heç vaxt olmadığı kimi, sərt cavab verib və düz də edib”.

E.Paşasoy,
Musavat.com

20.12.2024 11:08
571