Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası Sahibə Qafarovanın sədrliyi ilə başlayıb.
Musavat.com xəbər verir ki, dövlət himninin oxunması ilə öz işinə başlayan iclasda əvvəlcə Sahibə Qafarova iyunun 5-6-sında Bakıda keçirilən TürkPA-nın 13-cü sessiyası ilə bağlı məlumat verdi. Bildirdi ki, quruma sədrlik Türkiyədən Azərbaycana təhvil verilib. Spiker əlavə etdi ki, Azərbaycan hal hazırda üç quruma, TürkPA-ya, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına sədrlik edir.
Hazırda islas hökumət üzvlərinin iştirakı ilə iclas davam edir. Məlum olduğu kimi, iclasda büdcə məsələləri də müzakirə ediləcək.
E.Paşasoy,
Musavat.com