Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqində bildirdi ki, Birinci Qarabağ müharibəsinin gedişində erməni şovinistləri xalqımıza qarşı bir sıra soyqırım törədiblər.
Fevralın 25-dən 26-sına keçən gecə törədilən soyqırım nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər nəfər şikəst olub, 1275 sakin girov götürülüb. S.Qafarova girov götürüıən 150 nəfərin, o cümlədən qadın və uşaqların taleyinin bu günədək məlum olmadığını bildirdi.
Daha sonra Sədrin təklifi ilə Milli Məclis Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sayğı duruşu ilə yad etdi.
E.Paşasoy.
Musavat.com