Milli Məclisin plenar iclası öz işinə başlayıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova giriş nitqində martın 5-də Xankəndi-Xəlfəli-Turşsu istiqamətində ermənilərin təxribat törətməsindən danışıb.
Sədr təəssüflə bildirib ki, bu təxribat zamanı əsgərlərimiz şəhid olub, həmçinin yaralanıb. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyən S.Qafarova deyib ki, bu hadisə 2020-ci 10 noyabr üçtərəfli bəyanatdakı öhdəliklərin qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir.
E.Paşasoy,
Musavat.com