Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev mayın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri İqor Karasinin dəvəti əsasında baş tutacaq səfər zamanı deputatlarımız bir sıra görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Səfər mayın 29-da başa çatacaq.
Musavat.com