Milli Məclisə seçkilərlə əlaqədar 267 beynəlxalq müşahidəçi qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 267 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun avqustun 12-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər 29 qurum və 47 ölkəni təmsil edir.

12.08.2024 18:04
201