Milli Məclis sabah bu məsələyə görə toplanacaq

Sabah, martın 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Musavat.com-un məlumatına görə, iclasın gündəliyinə bir məsələ təklif olunub.

Deputatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı dinləyib, müzakirə edəcəklər.

Musavat.com

13.03.2025 09:46
8284