Milli Məclis 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Musavat.com xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən xüsusi iclasında bildirib.
Sədr deyib ki, Milli Məclisin adından Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Deputatlar alqışlarla təbriklərə qatılıblar.
Musavat.com