Milli Məclis Nizami Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunmasına “hə” dedi  

Milli Məclisin növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, ilk olaraq deputat Nizami Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsinə baxıldı.

Sədrin layihə ilə bağlı məlumat verməsindən sonra səsə qoyuldu və deputatlar N.Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsinə yekdilliklə səs verdilər.

Musavat.com

24.06.2023 11:27
780