Milli Məclisin iclasında 28 məsələ müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, parlament müzakirələrindən sonra deputatlar Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında və Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında qərar layihələrinə səs verib.
E.Paşasoy,
Musavat.com