Milli Hidrometeorologiya Departamentinin əməkdaşı iş otağında İNTİHAR etdi

Milli Hidrometeorologiya Departamentinin əməkdaşı iş yerində intihar edib.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Binə Hidrometeorologiya Stansiyasında baş verib.

Həmin stansiyada meteorologiya texniki vəzifəsində çalışan 1986-cı il təvəllüdlü Elşən Salmanov iş otağında özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini iş yoldaşları aşkar edərək aidiyyəti üzrə məlumat veriblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

15.07.2023 19:21
1196