“Millət küyə düşüb küçələrdə gecələdi” – Sakinlər dünənki ZƏLZƏLƏDƏN danışdı

Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər dənizində 5.7 bal gücündə zəlzələ olub.

Sakinlər evlərini tərk edərək küçələrə çıxıblar və təhlükəsiz ərazilərə üz tutublar.

Xatırladaq ki, 25 noyabr 2000-ci ildə baş verən zəlzələ 6.8 bal gücündə olmuşdu. Zəlzələ nəticəsində müəyyən binalarda çatlar yaransa da, ümumilikdə ciddi dağıntılar müşahidə olunmamışdı.

TV Müsavat paytaxt sakinlərinə dünənki zəlzələni hiss edib-etməmələri, eləcə də yaşadıqları evin təhlükəsizliyindən əmin olub-olmamaları barədə suallar verib.

Cavabları video-sorğuda izləyə bilərsiniz:

Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.com

04.07.2023 18:39
1572