"Mikrofonu başında sındırıram" - Əməkdar artist

"Kənarda nə edirlər etsinlər. Sənəti çirkləndirməsinlər. Sənətin musiqişünas, professor xanımları var. Niyə deyilməlidir ki, filankəs oxuyandır da...".

Bu sözləri Əməkdar artist Sevinc Sarıyeva "Rəngarəng səhər" verilişində deyib.

Xanəndə sənət adamlarına səslənərək qalmaqallı sözlər deyib:

"Biz səhnədə yuxarıda dayanırıq, tamaşaçı bizi aşağıdan izləyir. Tamaşaçıya yuxarıdan aşağıya baxırıq. Biz şahıq. Kişilərə də, xanımlara da deyirəm gedirsiz toya, nişana oxuyun gəlin. Azərbaycan və sənət adını batırmayın. 

Mənə qarşı heç bir səhv edə bilməzlər. Edənin başında mikrofon sınır. Kənarda nə edirlər etsinlər, amma sənəti çirkləndirməyin". (Axşam.az)

04.12.2023 20:48
18432