"Paris sazişinin 6.4-cü maddəsi ilə əlaqədar müsbət nəticələr əldə olunub".
Musavat.com-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində iqlim üzrə Liderlər Sammiti zamanı "Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi" mövzusunda panel müzakirəsi zamanı deyib.
Nazir iqlim maliyyəsi ilə bağlı məsələyə diqqət çəkib:
"Əsas ideya istehsalçı ölkələrin, həmçinin digər şirkətlərin həmrəylik içində iştirakını təmin edəcək davamlı bir prinsip qurmaqdır. Birlikdə bu layihələri maliyyələşdirmək üçün istifadə oluna biləcək davamlı bir mühit yaradırıq. Sonrakı mərhələ isə müvafiq həllər üzərində işləməyə davam etməkdir".
Nigar HƏSƏNLİ,
Musavat.com