“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Dövlətimizin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək zirvələrə yüksəldən liderə Azərbaycanın davamlı tərəqqisi və parlaq gələcəyi naminə fəaliyyətində uğurlar arzulayırıq”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 62 yaşı tamam olur.