Azırbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gəlib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, nazir bu gün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.
Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.