Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
Musavat.com xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "Twitter" hesabında qeyd edib.
O bildirib ki, görüşdə ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.