Mikaelyandan İLGİNC sülh açıqlaması

"Sülh müqaviləsi imzalanmayacaq".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Qrant Mikaelyan Ermənistan və Azərbaycan Xarici İşlər Nazirliklərinin ABŞ-dakı görüşünün yekunlarına dair bəyanatlarını şərh edərkən deyib.

"Sülh müqaviləsinin imzalanması ilə bağlı bu cür bəyanatlar ilk dəfə səslənmir. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza hələ 2007-2008-ci illərdə sülh müqaviləsinin imzalanacağını bəyan etmişdi. Bundan sonra biz onlarla dəfə oxşar bəyanatlar eşitdik. Hələ 2021-ci ildə indiki hakimiyyət ilin sonuna qədər sülh müqaviləsi imzalamaqdan danışırdı. Eyni xətt bu gün də davam edir", - deyə Mikaelyan qeyd edib.

O, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycana müəyyən təzyiqlər olunduğunu, lakin edilən təzyiqlərin səviyyəsinin nəticə əldə etmək üçün yetərli olmadığını vurğulayıb.

Musavat.com

12.07.2024 16:50
929