MİDA yaşayış kompleksində yanğın oldu - VİDEO

Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub.

APA xəbər verir ki, hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğın söndürülüb. 

@@TVmusavat/92126@@

02.08.2024 23:16
872