“Microsoft Corp” korporasiyasının bazar dəyəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.
“Dow Jones Market Data”dakı məlumatdan aydın olur ki, rekord yanvarın 24-də keçirilən hərracda qeydə alınıb.
Şirkətin səhmlərinin qiyməti 403,65 dollardan yuxarı olduqda, Microsoftun bazar dəyəri 3 trilyon dollara çatmalıdır. Bu günkü sessiya zamanı onlar 404,72 dollara çatıb.
İndiyədək hərraclarda kapitallaşması 3 yuxarı trilyon dollardan yuxarı qalxan yeganə şirkət “Apple Inc.” olub – ötən ilin iyununda.
MarketWatch qeyd edir ki, Microsoft 1986-cı ilin martında birjaya çıxıb və 1 trilyon dollarlıq bazar dəyərinə çatmaq üçün 8,351 sessiya, daha 1 trilyon dollar əlavə etmək üçüsə cəmi 543 sessiya tələb olundu.
Musavat.com