Mher Qriqoryan və Lui Bono bu məsələlərdən danışıb - DETALLAR

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in keçmiş Minsk qrupunun amerikalı həmsədri Lui Bononu qəbul edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Hökumətdən yerli mediaya verilən məlumata görə, görüş zamanı həmsöhbətlər regional hadisələri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini və onun davamlılığının təmin edilməsinin vacibliyini müzakirə ediblər.

Musavat.com

23.05.2024 18:35
610