Məzuniyyətə gələn əsgər intihar etdi - RƏSMİ

Cəlilabadda əsgərin intiharı faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

24.10.2022 18:03
1310