Məzarları qazıb, ​​cəsədləri oğurladılar - İsraillə bağlı ŞOK İDDİA

İsrail ordusu Qəzzanın şərqindəki Tuffah qəbiristanlığında 1100 məzar qazıb və 150 ​​cəsədi "oğurlayıb".

Musavat.com xəbər verir ki, bu iddia Qəzza Media Ofisi tərəfindən irəli sürülüb.

Bəyanatda İsrail qüvvələrinin belə bir hərəkəti ilk dəfə həyata keçirmədiyi vurğulanıb. Həmçinin Qəzza şəhəri və Qəzzanın şimal bölgələrindən götürülən 80 cəsədin keçən ay təhvil verildiyi açıqlanıb.

Musavat.com

06.01.2024 17:34
1142