Xəbər verdiyimiz kimi, 15 il öncə Türkiyədə 17 yaşlı sevgilisi Münəvvər Qarabuludu xüsusi amansızlıqla qətlə yetirib daha sonra həbsxanada həyatını sonlandıran Cem Qəriboğluya aid məzar açılıb. Cəsədin diş, saç və kürək sümüklərindən DNT analizi götürülüb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun həyatını sonlandırdığı gün alınan DNT nümunəsi və məzardan götürülən nümunə bir-birinə uyğun gəlib. Bununla da məzardakı cəsədin Qəriboğluya aid olduğu müəyyənləşib.
Xatırladaq ki, sevgilisinin Bağçaşəhərdəki villasında M. Qarabuludun meyiti 2009-cu il martın 3-ü Etilər səmtində zibil konteynerindən tapılıb. 2011-ci ilin noyabrında məhkəmə C. Qəriboğlunun 24 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.
Hadisədən sonra bəzi KİV və sosial şəbəkələrdə Cem Qəriboğlunun ölmədiyi, ABŞ-də bir neçə dəfə görüntüləndiyi barədə məlumat yayılmışdı. Buna görə də onun məzarının açılması qərarı verilmişdi.
Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, 20 yaşlı Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub.