Nəticələrə əsasən deyə bilərik ki, artıq İlham Əliyev Azərbaycan xalqı tərəfindən öz prezidenti kimi seçilib.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə deyib.
"Seçki çox yüksək səviyyədə keçirilib. Azərbaycan xalqı öz konstitusyon hüquqlarını yerinə yetirərək 7 nəfər prezidentliyə namizəd arasından öz namizədini seçib. Azərbaycan xalqı öz Prezidentini seçmək üçün səs verdi və ilkin nəticələrə əsasən, böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur. Bundan sonrakı açılacaq bülletenlər nəticələrə təsir etməyəcək", - MSK sədri bildirib.
O, bildirib ki, səslər hesablanmayan çox az sayda məntəqələr qalıb.